Hansı halda SMS göndərmədən evdən çıxa bilərsiz?

2 Aprel 2020 22:49 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirib.

AzNews.az-ın məlumatına görə, nazir müavini bildirib ki, 2 əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyə bilər:

"Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir. Belə halda dərhal tərk edə bilər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə olunmur".