Beynəlxalq Buker mükafatının qısa siyahısı açıqlanıb

3 Aprel 2020 10:51 (UTC+04:00)

Beynəlxalq Buker mükafatının qısa siyahısı məlum olub.

APA-nın tvkultura.ru-ya istinadən verdiyi xəbərə görə, qısa siyahıya Argentina, Almaniya, İran, Meksika, Niderland və Yaponiyadan olan yazıçılar daxildir.

Koronavirus pandemiyası səbəbi ilə mükafatın finalistlərinin ənənəvi elan olunma mərasimi ləğv edilib. Namizədlər arasında alman müəllif Daniel Kelman, yapon Yoko Oqava, iranlı Şofukə Azar, argentinalı Qabriela Kamara, niderlandlı Marika Lukas və meksikalı Fernanda Melxor yer alır.

Qeyd edək ki, Beynəlxalq Buker mükafatının uzun siyahısı fevralın sonunda elan edilib. Qalib mayın 19-da açıqlanacaq.