Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb.
AzNews.az xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşüb.
Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər.