Bakıda dəhşətli qəza
27 May 2013 21:44 (UTC+04:00)
Bu gün axşam saatlarında paytaxtda dəhşətli qəza qeydə alınıb.
AzNews.az saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 10-VO- 186 dövlət nömrə nişanlı "NİVA" markalı avtomobil "Ramstore" ticarət mərkəzinin yaxınlığındakı körpüdən aşağı düşüb. Hadisəyə səbəb olaraq sükan arxasındakı sürücünün idarəetməni itirməsi göstərilir. Faktla bağlı araşdırma aparılır.
Azər
AzNews.az