Azərbaycan çempionatının qalibi elan olundu

3 Aprel 2020 17:21 (UTC+04:00)

Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin videokonfransı keçirilib.

AzNews.az xəbər verir ki, yığıncaqda koronavirus pandemiyası üzündən dayandırılan çempionatının taleyi müzakirə olunub.

Fevralın 29-da keçirilən XX turundan sonra dayandırılan Superliqanın davam etdirilməməsi qərara alınıb. Fasiləyə qədər 38 xalla birinci pillədə olan “Zirvə Astara” ölkə çempionu elan edilib. 34 xala malik "Atom" 2-ci, aktivindəki 32 xalla "Gəncə" 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Beynəlxalq Basketbol Federasiyası (FİBA) 2020-ci ilin martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.