Türk əsgərləri 10 terrorçunu məhv etdi

3 Aprel 2020 18:26 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyanın Tel Abyad bölgəsində 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, terrorçular “Sülh çeşməsi” antiterror əməliyyatının aparıldığı əraziyə girmək istədikləri zaman məhv ediliblər.