Koronavirus insandan heyvana keçdi

4 Aprel 2020 09:18 (UTC+04:00)

Honkonqda koronavirus testi edilən pişiyin analiz cavabları pozitiv çıxıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) məlumatında deyilir.

Pişiyə koronavirus bu virusa yoluxmuş sahibindən keçib. Pişikdə xəstəliyin simptomları müşahidə olunmasa da, test cavabları pozitiv çıxıb. Hazırda heyvan baytarların nəzarətində 14 gün karantində saxlanılacaq.