Fransada virusdan ölənlərin sayı kəskin artdı

4 Aprel 2020 10:07 (UTC+04:00)

Fransa xəstəxanalarında daha 1120 koronaviruslu pasiyent dünyasını dəyişib, qurbanların ümumi sayı 6 507-yə çatıb.

AzNews.az “Rosbalt.ru”ya istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ölkənin Səhiyyə üzrə baş direktoru Jerom Salomon deyib ki, ölənlərin 83 %-i 70 yaşdan yuxarı insanlar olub. Bundan əlavə, onun sözlərinə görə, martın 1-dən indiyədək 3 000 qocalar evində 1416 nəfər dünyasını dəyişib, 14 mindən çox pasiyent sağalıb və xəstəxanaları tərk edib.

Ümumilikdə Fransada 64 338 nəfər koronavirusa yoluxub.