Çində koronavirusa yoluxanların 94%-i sağaldı

4 Aprel 2020 10:46 (UTC+04:00)

Çində koronavirusa yoluxanların 94%-i tamamilə sağalıb.

AzNews.az “Lenta.ru”ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Hazırda ölkədə 1562 koronaviruslu xəstə var ki, bu da indiyədək qeydə alınan yoluxma hallarının cəmi 2%-ni təşkil edir, üstəlik, onların sayı günbəgün aşağı enir.

Ən son hesablamalara görə, Çində koronavirusa yoluxanların ümumi sayı 81 639 nəfər təşkil edib, onlardan 76 751-i sağalıb və xəstəxanalardan evə buraxılıb. Pandemiya 3326 vətəndaşın həyatına son qoyub, son sutka ərzində 4 nəfər dünyasını dəyişib.

Çində koronavirusdan ölüm səviyyəsi 4,73%-ə yüksəlib. Lakin COVID-19-un baş qaldırdığı Hubey əyalətinin Uhan şəhərində bu göstərici 5,13% təşkil edib. Ölkənin digər regionlarında o, 0,86% olub.