Dövlət muzdlu işçilərə də pul ödəyəcək

4 Aprel 2020 21:34 (UTC+04:00)

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə) üçün ayrılan kompensasiyanın məbləği müəyyən olunub.

AzNews.az xəbər verir ki, hökumətin təsdiqlədiyi Tədbirlər Planına əsasən muzdlu çalışan işçilərə vəsait ödənilməsi üçün Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabından 215 milyon manat ayrılıb.

Bu, 300 min nəfəri əhatə edəcək.