Ermənistanda da virusa yoluxanların sayı artdı

5 Aprel 2020 14:09 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 822-yə çatıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

İndiyədək 57 pasiyent sağalıb, 720 nəfər müalicə olunur. Bundan əlavə, 3477 testin nəticəsi mənfi olub. Koronavirus qurbanlarının sayı 7-dir.

Qeyd edək ki, martın 16-dan aprelin 14-dək Ermənistanda koronavirusla mübarizə məqsədi ilə fövqəladə vəziyyət elan olunub.