Ötən ay Türkiyədə 80-dən çox terrorçu zərərsizləşdirilib

5 Aprel 2020 14:48 (UTC+04:00)

Türkiyədə mart ayında zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ötən ay Türkiyənin ərazisində 8 041 antiterror əməliyyatı keçirilib. Əməliyyatlar zamanı 89 nəfər zərərsizləşdirilib. Həmin şəxslərin terrorçuluq fəaliyyətinə cəlb olunduqları bildirilir.