Bakıda kafedə yanğın olub

5 Aprel 2020 16:54 (UTC+04:00)

Bakıda kafedə yanğın hadisəsi olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan kafenin çardağında plastmas konstruksiyadan ibarət tikili 8 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.