Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

5 Aprel 2020 15:43 (UTC+04:00)

Azərbaycan Respublikasında hazırkı dövrədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Qeyd edək ki, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.