Boris Conson süni nəfəs aparatına qoşuldu

6 Aprel 2020 09:23 (UTC+04:00)

Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

AzNews.az xəbər verir ki, Baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası ilə bağlı problemlər qalmaqdadır. Baş nazirin süni nəfəs aparatına qoşulacağı bildirilir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.