Bakıda spirtdən zəhərlənib ölən var

6 Aprel 2020 10:05 (UTC+04:00)

Bakıda ölüm hadisəsi baş verib.

AzNews.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 5-i paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Ağabala Məmmədbəyov spirtli içki aludəçisi olduğu üçün metil spirt içərək zəhərlənib. Xəstəxanaya çatdırılan A.Məmmədbəyov orada ölüb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.