İranda koronavirusun yayılması yenidən arta bilər

6 Aprel 2020 13:11 (UTC+04:00)

İranda koronavirus infeksiyasının yenidən arta biləcəyi barədə xəbərdarlıq edilib.

AzNews.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyi və Koronavirusa qarşı Mübarizə Mərkəzinin sözcüsü Kianuş Cahanpur bildirib.

O xəbərdarlıq edərək deyib ki, hazırda infeksiya nəzarət altındadır: “Ancaq protokollara əməl edilməzsə, qarşıdan gələn həftədə o, yenidən artacaq”.