İTV-də daha bir dəyişiklik

28 May 2013 08:26 (UTC+04:00)


Bu gündən etibarən kanal yeni loqosu ilə efirə çıxır. İctimai kanalın yeni loqosunda da əvvəlki kimi Azərbaycan bayrağının rəngləri öz əksini tapır. Loqo ekranın sağ yuxarı küncündə yerləşir.

Məlumat üçün deyək ki, bu yaxınlarda İctimai televiziyada rəhbər dəyişikliyi baş verib. İsmayıl Ömərovun yerinə Cəmil Quliyev bu kanalın baş direktoru vəzifəsinə seçilib.

AzNews.az