Akif Çovdarov da əfv edildi

6 Aprel 2020 17:23 (UTC+04:00)

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov da var.

AzNews.az-ın verdiyi xəbərə görə, A. Çovdarov əfv edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, A. Çovdarovun 68 yaşı var. O, 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilmişdi. Məhkəmənin hökmü ilə A. Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.