Sübahir Qurbanov da əfv edilib

6 Aprel 2020 18:56 (UTC+04:00)

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı var.

AzNews.az-ın verdiyi xəbərə görə, onlardan biri də Sübahir Qurbanovdur.

66 yaşlı S. Qurbanov MTN-nin Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyib. 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilərək məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.