“ARB”yə yeni rəhbər təyin olundu

6 Aprel 2020 22:38 (UTC+04:00)

“ARB Media Qrup”a yeni icraçı direktor təyin olunub.

AzNews.az xəbər verir ki, bu vəzifəyə jurnalist Radik İsmayılov gətirilib.

Qeyd edək ki, o, bu vəzifədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri seçilən İsmət Səttarovu əvəzləyib.

Xatırladaq ki, R.İsmayılov daha öncə “ARB 24" telekanalının icraçı direktoru olub.