Biləsuvarda dəhşətli qəza: 16 yaralı

28 May 2013 08:45 (UTC+04:00)


Rayon ərazisində "Qaz 53" markalı yük maşını aşıb. Maşının kuzasında olan 14 nəfər, eləcə də kabinadakı 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.


Məlumata görə, qəzaya düşən şəxslər əkin sahəsindən gələn 2 ailənin üzvləri olub. Faktla əlaqədar araşdırmalar aparılır. (lent.az)

AzNews.az