Ermənistanda yoluxanların sayı 850 nəfəri ötdü

7 Aprel 2020 11:30 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 20 nəfərdə yoluxma qeydə alınıb.

Bu günədək 8 nəfər koronavirusun qurbanı olub.

763 nəfərin müalicəsi davam edir.

Ermənistan koronavirusa yoluxma sayına görə Cənubi Qafqazda ən yüksək göstəriciyə malikdir.

Gürcüstanda 195 nəfər koronavirusa yoluxub. (Trend)

AzNews.az