Koçaryan Paşinyanı məhkəməyə verib

7 Aprel 2020 17:00 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Robert Koçaryan hazırkı baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Erməni KİV-lərinin yaydığı məlumata görə, R.Koçaryan böhtan nəticəsində şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib.

İddia aprelin 3-də Yerevan məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, R.Koçaryan 2018-ci ilin sonlarında həbs olunmuşdu. O, 2008-ci ildə etiraz aksiyalarını dağıdılmasında ittiham olunub. (Trend)

AzNews.az