Nuşirəvan Məhərrəmov fəaliyyətini burda davam etdirəcək

7 Aprel 2020 17:45 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) dünən keçirilmiş iclasında Nuşirəvan Məhərrəmov qurumun sədri postundan azad edilib, bu vəzifəyə İsmət Səttarov seçilib.

Bəs eks-sədr Nuşirəvan Məhərrəmov bundan sonra fəaliyyətini harda davam etdirəcək?

MTRŞ-dan verilən məlumata görə, Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının 6 aprel 2020-ci il tarixli iclasında sədr vəzifəsindən könüllü olaraq gedib. "O, bundan sonra fəaliyyətini Milli Televiziya və Radio Şurasının üzvü kimi davam etdirəcək".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının daha 5 üzvü var. Bunlar aşağıdakı şəxslərdir:

Mübariz Elyazov (2017-ci ildə üzvü təyin edilib);

Məmməd Cəfərov (2017-ci ildə üzvü təyin edilib);

Aslan Xəlilov (2017-ci ildə üzvü təyin edilib);

Bəxtiyar Qaraca (2019-cu ildə üzv təyin edilib);

Telli Pənahqızı (2019-cu ildə üzv təyin edilib) (Modern.az)

AzNews.az