Mənzildən qadın meyiti tapıldı

7 Aprel 2020 22:51 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Arefyeva Svetlana Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.