Ukraynada koronavirusa yoluxma hallarının sayı artdı

8 Aprel 2020 11:23 (UTC+04:00)

Ukraynada koronavirusa yoluxanların sayı 1 668-ə yüksəlib.

AzNews.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, son sutkada daha 206 nəfərdə virus aşkarlanıb. İndiyədək 52 nəfər koronavirusun qurbanı olub, 35 nəfər isə virusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 432 000-i ötüb. Bunların 302 324 nəfəri sağalıb, 82 124 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.