Rəsulzadənin Gəncədəki abidəsi hasarlandı- Özəl

28 May 2013 10:15 (UTC+04:00)


Gəncə şəhərində Məmməd Əmin Rəsulzadənin büstü olan ərazi polis nəzarətinə götürülüb.

Bu barədə məlumatı AZNEWS.AZ-ın Gənədəki əməkdaşı verib. Onun sözlərinə görə, Rəsulzadənin yerləşdiyi Dəmir yol parkında dünən gecədən başlayaraq, tikinti materialları tökülüb, ərazi hasara alınıb. Və elan edilib ki, həmin ərazidə təmir işləri aparılır.

Bildirilir ki, Respublika günü ilə bağlı əhalinin anım mərasimi də elə bu səbəbdən baş tutmayıb: "Hər il mayın 28-də Gəncə camaatı, müxalifət nümayəndələri Rəsulzadənin abidəsini ziyarət edir, gül dəstələri qoyurdular. Bu il isə, hamını geri qaytardılar. Polislər imkan vermədilər"

Həsən
AzNews.az