“Dövlət qurumları icazə limitini aşırlar”

8 Aprel 2020 18:11 (UTC+04:00)

“Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı var”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, hər gün apteklərə maska paylanılır: “Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayıb. Gün ərzində 100 mindən çox maska satılır”.

İ.Məmmədov əlavə edib ki, dövlət qurumları tərəfindən də qanunsuz icazələrə yol verilir: “İcazə üçün saxta arayış hazırlayanlar var. Dövlət qurumlarına 30 faiz işçiyə icazə almaq limiti olsa da, onlar bu limiti aşırlar.

Dövlət qurumları həmin idarələrə aidiyyəti olmayan, öz işçiləri olmayan şəxsləri sistemə əlavə edərək onlara icazə alırlar. Həmçinin, kütləvi jurnalist vəsiqəsi ilə küçədə gəzənlər var”.