TƏBİB sədri virusa yoluxan həkimlərdən danışdı

8 Aprel 2020 18:26 (UTC+04:00)

“Həkimlərdən də virusa yoluxanlar var”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, pandemiya xəstəxanasında cəmi 1 həkim virusa yoluxub: “Qalanları digər sahədə işləyən tibb işçiləridir. Orada tibbi heyətin laqeydliyi ucbatından belə hal yaranıb”.