İsrail Dəniz Qüvvələri fələstinli balıqçılara atəş açdı

9 Aprel 2020 17:23 (UTC+04:00)

İsrail Dəniz Qüvvələri Qəzza zolağının sahilində ov edən fələstinli balıqçılara plastik güllələrlə atəş açıb.

AzNews.az "TRT Haber"ə istinadən xəbər verir ki, açılan atəş nəticəsində yaralanan 2 fələstinli balıqçının vəziyyəti orta ağır qiymətləndirilir. İsrail tərəfindən hadisə ilə bağlı hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, Fələstin Balıqçılar Birliyinin verdiyi məlumata görə, Qəzza bölgəsində təqribən 4 min insan balıq ovu ilə ehtiyaclarını qarşılayır.