İlham Əliyev Türk liderlərini Zirvə görüşünə çağırdı

9 Aprel 2020 22:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunacaq.