Türkiyə yenə titrədi

10 Aprel 2020 11:19 (UTC+04:00)

Türkiyənin Ordu şəhərində 4 bal gücündə zəlzələ olub.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, təkanlar Korqan rayonunda qeydə alınıb.

Zəlzələnin dərinliyi 7,06 kilometr olub.

Xatırladaq ki, ötən gün Vanda 3,6 bal gücündə zəlzələ baş vermişdi.