Bakıda kişi spirtdən zəhərlənərək öldü

10 Aprel 2020 11:54 (UTC+04:00)

Bakıda ölüm hadisəsi baş verib.

AzNews.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə aprelin 9-u paytaxtın Xəzər rayon ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Paxlov Dmitriy Anatolyeviç yaşadığı evdə etil spirti içib və zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.