Ərdoğan Zirvə görüşünə görə Azərbaycan Prezidentinə təşəkkür etdi

10 Aprel 2020 13:34 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

AzNews.az-ın məlumatına görə, Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türk Şurasının fövqəladə Zirvə görüşü Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir: “Buna görə dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü çatdırıram”.