E-sosial.az saytında problem yarandı

10 Aprel 2020 14:06 (UTC+04:00)

İşsizlər üçün nəzərdə tutulan 190 manatla bağlı qeydiyyatın aparıldığı e-sosial.az portalının fəaliyyətində fasilə yaranıb.

AzNews.az xəbər verir ki, profilaktik işlərin aparılması ilə əlaqədar olaraq saytın fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilib.

Qeyd olunub ki, saat 15:00-da saytın qeydiyyatı bərpa olunacaq.

Qeyd edək ki, bu gün qeydiyyat Bakı ərazisində Suraxanı, Sabunçu rayonları, bölgələrdə isə Şəki, Tovuz, Şəmkir, Gəncə, Gəncə-Kəpəz, Gəncə-Nizami, Zaqatala, Yevlax, Qəbələ, Qazax, Göyçay, Goranboy, Şamaxı, Ağstafa, İsmayıllı, Balakən, Ağsu, Gədəbəy, Qax, Göygöl, Samux, Zərdab, Oğuz, Daşkəsən şəhər və rayonları üçün açıqdır.