Azərbaycan Banqkok sazişinə qoşuldu

10 Aprel 2020 14:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulur.