Təhsil şöbəsinin müdiri: “Bilirlər ki, nazir dəyişib…”

28 May 2013 11:59 (UTC+04:00)



Q.Məmmdova AzNews.az-a açıqlamasında barəsində yayılan məlumatların nazirin dəyişməsi ilə bağlı yaranan fürsətdən istifadə etmək istəyənlərin əməli kimi qiymətləndirib: "Bu xəbərləri yaranan vəziyyətdən istifadə etmək istəyənlər yayır.

Bilirlər ki nazir dəyişilib. təhsillə bağlı istənilən xəbərə diqqət var, ona görə də belə məlumatlar yayırlar. Astarada çox sayda məktəb və müəllim var. Əgər belə bir hadisə baş veribsə o müəllimlərdən birini tapmaq yəqin ki, çətin olmaz. Qoy bir nəfəri tapıb ortaya çıxarsınlar. Mən 9 ildir ki burdayam və dəfələrlə belə şantajlarla üzləşmişəm.

Sonuncu dəfə mənim barəmdə yazacağı ilə hədələyib sonra da pul istəyən "Yeni gün" qəzeti ilə bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etdim. İndiki halda da lazım gəlsə məhkəməyə müraciət edəcəyəm".

Elnarə
AzNews.az