Milli Məclisin iclası aprelin 17-də keçiriləcək

10 Aprel 2020 15:16 (UTC+04:00)

Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçiriləcək.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında deyib ki, Regional məsələlər komitəsinin aprelin 1-də keçirilən iclasında müzakirə edilən və Milli Məclisin müzakirəsinə tövsiyə edilən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” də aprelin 17-də keçirilən plenar iclasda müzakirəyə çıxarılacaq. (apa)