Tacikistan sərhədlərini bağladı

10 Aprel 2020 16:33 (UTC+04:00)

Tacikistan hakimiyyəti ölkədən çıxışı və girişi müvəqqəti dayandırıb.

AzNews.az-ın xəbərinə görə, Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib ki, koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bütün xarici ölkə vətəndaşları üçün ölkəyə giriş və çıxış bağlanıb.

Məlumatda o da qeyd olunur ki, məhdudiyyətlər xarici ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil olunmur.