İtaliyada 107 həkim koronavirusdan ölüb

10 Aprel 2020 19:23 (UTC+04:00)

İtaliyada 107 həkim koronavirusdan ölüb.

AzNews.az “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə İtaliya Həkimlər Federasiyasından məlumat verilib.

“Həkimləri yalın əllə savaşa göndərdilər”, - açıqlamada vurğulanıb.

Ölən həkimlərdən biri suriyalı Samar Sinjabdır.

Qeyd edək ki, İtaliyada 18 279 nəfər pandemiyanın qurbanı olub, 143 626 nəfər isə koronavirusa yoluxub.