İsveçdə 870 nəfər koronavirusdan ölüb

10 Aprel 2020 18:39 (UTC+04:00)

İsveçdə koronavirusa yoluxanların sayı 9685 nəfərə çatıb.

AzNews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, İsveçdə koronavirusdan ölənlərin sayı 870 nəfərə yüksəlib, 2015 nəfər isə xəstəlikdən sağalıb.

İsveçdə 749 nəfər koronavirus xəstəsi reanimasiyadadır, onlardan 565 nəfəri kişidir.