Xalq artisti reanimasiyaya düşdü
28 May 2013 13:38 (UTC+04:00)
Azərbaycanın xalq artisti Siyavuş Aslanın vəziyyəti pisləşib. Xalq artisti bir müddət özündə olmayıb, heç nəyə reaksiya verməyib. Kliniki Tibbi Mərkəzinin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti yenidən pisləşib. O, xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.
"Siyavuş Aslan artıq 1 həftədir xəstəxanadadır. Hazırda Səhiyyə Nazirliyi də sevimli aktyorun müalicəsinə xüsusi diqqət ayırıb. Hələlik onun yanına heç kim buraxılmır", - deyə Tərlan Bəbirov bildirib.
Xatırladaq ki, Siyavuş Aslan 2 dəfə insult keçirib.
AzNews.az