Azərbaycanda icra başçısının müavini vəfat etdi

13 Aprel 2020 11:14 (UTC+04:00)

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Samid Abıyev dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, 2008-ci ildə avtomobil qəzasında S.Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi, 2009-cu ildə isə yol qəzasında onun daha bir oğlu vəfat edib.