Məşhur model vəzifəsindən uzaqlaşdırıldı

28 May 2013 13:56 (UTC+04:00)



Axşam.az-ın məlumatına görə, bu haqda məlumat təşkilatın rəsmi internet səhifəsində yerləşdirilib.

Yazıda "Miss Azerbaijan 2012" müsabiqəsində direktor vəzifəsini yerinə yetirən, "Miss Azerbaijan 2013"də imicmeyker kimi fəaliyyət göstərən Validə Abbasovanın müsabiqədən uzaqlaşdırıldığı qeyd edilib.

Onun "Miss Azerbaijan" və tərkibində yaradılmış model agentliyinə heç bir aidiyyatı olmayadığı bildirilib.

Validə Abbasovanın vəzifəsindən uzaqlaşdırılmasına səbəb isə aşağıdakılar göstərilib:

• "Miss Azerbaijan" müsabiqəsinin hazırlıq mərhələsində heç bir xəbərdarlıq etmədən xaricə səfər etməsi.

• Səfərdən qayıtdıqdan sonra üzərinə düşən öhdəlikləri özü bildiyi kimi icra etməyə çalışması.

• Münsif heyəti olmasına baxmayaraq, müsabiqənin finalına qatılmaması.

AzNews.az