20 yaş qadağasına görə münasibətləri bitdi

14 Aprel 2020 10:45 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Aleyna Tilki və sevgilisi Kadir Güneş yollarını ayırıb.

AzNews.az xəbər verir ki, pop ulduz və iş adamı bir neçə gün bundan əvvəl münasibətini bitirmək qərarına gəlib.

Cütlüyün ayrılma səbəbi Türkiyədə xüsusi karantin rejimində qəbul olunan qadağalardır. Onlar birlikdə vaxt keçirə bilməyiblər, bu da münasibətlərində soyuqluğun yaranması ilə nəticələnib.

Eyni zamanda 20 yaşdan aşağı gənclərin küçəyə çıxmasının qadağa olunmasından sonra 19 yaşlı Aleynanın Kadirlə görüşü tamamilə kəsilib.