“Xaç ataları”nın siyahısına azərbaycanlılar da üzv oldu

28 May 2013 16:03 (UTC+04:00)
Mayın 26-da Rusiya və Belarusiyada "qanuni oğruların yığıncağı keçirilib.


Yığıncaqda dəstənin üç vacib üzvü ən yüksək titulla təltif edilib.

Onlardan biri Volodarski rayonundan olan, Sezar ləqəbli, 30 yaşlı Viktor Jarinov, digər ikisi isə Sibirdən olan oğrular – Nyaqan şəhərinə "nəzarət edən", "Tkaç" ləqəbli, 33 yaşlı Andrey Tkaçenko və Nijnevartovska "nəzarət edən", "Radjik" ləqəbli, 42 yaşlı Rajidin Mixraliyev olub.

Bundan əlavə, "Ded Xasan"ın oğru ailəsinə iyirmi nəfər qəbul olunub. Yeni oğruların sırasında ruslarla yanaşı digər millətdən olan nümayəndələr də var. "Xaç ataları"nın siyahısında bir neçə qafqazlı – azərbaycanlı və ermənilər, Qiya Diaknivşili adlı gürcü və "Ded Xasan"ın qardaşı oğlu Timur Mirzoyev də var.//qafqazinfo//

AzNews.az