Məşhur ekstrasensi oğurlayanlar tapıldı

28 May 2013 18:15 (UTC+04:00)
Rusiyada məşhur olan "Ekstrasenslərin döyüşü" proqramının 7-ci mövsüm finalının finalçısını oğurlamaqda ittiham edilən bir neçə nəfər saxlanılıb.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatında saxlananların kimliyi və sayı açıqlanmır. Ancaq mətbuatın yazdığına görə, adam oğurluğunu zərərçəkənin evində təmir işləri aparan şəxs təşkil edib. Bəzi mənbələrdə saxlanalar arasında 17 yaşlı gəncin olduğu da xəbər verilir.

Qeyd edək ki 26 yaşlı ekstrasens İlona Novoselova bu il mayın 21-də oğurlanıb. Onun evinin qarşısından oğurlayan şəxslər anasından 7,5 milyon rubl tələb ediblər. Ekstraseslə bərabər onun 21 yaşlı nişanlısı da oğurlanmışdı.

Qeyd edək ki, Novoselova proqramda 2008-ci ildə iştirak edib. O, finala qədər gələrək sonra öz xahişi ilə proqramdan ayrılıb. Bunu isə ruhların onun proqramda iştirak etməsini istəməməsi ilə əlaqələndirib.

Elnarə
AzNews.az