"Facebook" nasazlayıb

17 Aprel 2020 09:15 (UTC+04:00)

"Facebook" sosial şəbəkəsinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.

Məlumata görə, bu barədə Downdetector servisinin saytinda bildirilib.

Nasazlıqlar barədə şikayətlər ən çox ABŞ, Braziliya, Peru, Yaponiya, Avstraliya, Sinqapur və Filippindən gəlir.

İstifadəçilərin təxminən 67 faizi hesablarına daxil ola bilmir, 19 faizi lenti izləməkdə çətinlik çəkir və 12 faizi sosial şəbəkə ilə bağlantının tamamilə olmamasından şikayətlənir.

AzNews.az