Bakıda Dövlət Yol Polisinə məxsus xidməti maşınların üzərinə çıxaraq şəkil çəkdirən gənc saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AzNews.az-a açıqlamasında bildirib ki, həmin şəxsin maşınların üzərində pivə içən zaman çəkilmiş fotoları ilə bağlı araşdırmalar aparılıb.
Məlum olub ki, həmin gənc Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir.
O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə təhvil verilib.